Finss.az xəbər verir ki, Amerikanın müdafiə şirkəti Lockheed Martin rüblük dividentini 15% artıraraq hər səhmə görə 3,30 dollardan 3,45 dollara çatdırıb, şirkətin mətbuat xidməti bildirib.
Ödəniş dekabrın 30-da baş tutacaq. Səhmlərin reyestrinin bağlanması dekabrın 1-də başa çatır.
Dividend gəliri cari səhm qiymətlərinə əsasən illik təxminən 2,7% olacaq.
Bundan əlavə, Lockheed Martin-in direktorlar şurası 2 milyard dollar dəyərində səhmlərin geri alınması proqramını təsdiqləyib.
2025-ci ilin əvvəlindən Lockheed Martin-in bazar kapitallaşması 3,9% (118 milyard dollara qədər), SP 500 fond indeksi isə 11,4% artıb.